Yunanıstanın sahil mühafizə gəmisi Türkiyənin Çanaqqala sahilləri yaxınlığında göyərtəsində azərbaycanlıların da olduğu gəmiyə atəş açıb.
Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, Komor adaları bayrağı altında üzən "Anatolian" adlı gəmiyə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin cavab tədbirlərindən sonra ərazini tərk ediblər.
Qeyd edək ki, hadisə zamanı gəmidə 18 nəfər ekipaj üzvü olub. Onlardan 6-sı Yunanıstan, 4-ü Somali, 5-i Azərbaycan və 3-ü Türkiyə vətəndaşıdır.
Xoşbəxtlikdən gəminin atəşə tutulması nəticəsində ölən və yaralanan olmayıb.
Bizim.Media