Britaniya kralı III Çarlz böyük oğlu Uilyama Uels şahzadəsi titulunu verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, Uilyamın həyat yoldaşı Keyt Midltonu isə Uels şahzadəsi elan edib.
Qeyd edək ki, ötən gün 96 yaşlı Kraliça II Elizabetin ölümündən sonra böyük oğlu və varisi, keçmiş Uels şahzadəsi Çarlz Böyük Britaniyanın kralı olub.
Bizim.Media