“BMT Təhlükəsizlik Şurasında aparılan islahatlardan sonra təşkilat Millətlər Liqasının taleyini yaşaya bilər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında bildirib.
Amerikalıların BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasında bəzi güzəştlərin tətbiqindən və “status-kvonu” saxlamaqdan imtina etmə çağırışını şərh edən Medvedev kompromislərin müxtəlifliyindən söz açıb.
“Kompromislər fərqlidir. Əgər söhbət ABŞ-ın anti-Rusiya qəzəbindən etdiyi Təhlükəsizlik Şurasının daimi üzvlərinin səlahiyyətlərini sındırmaq cəhdindən gedirsə, onlar boş yerə vaxt itirirlər. Onların istəyi gerçəkləşərsə, BMT iflasa uğramış Millətlər Liqasının taleyini yaşayacaq”, - deyə Dmitri Medvedev bildirib.
Bizim.Media