“Ermənistan bu gün Rusiyaya ciddi məbləğ ödəyib, lakin bizə silah verilməyib. Mən bu faktı deyirəm, qoy hakimiyyət desin ki, bu, doğru deyil”.
Bizim.Media “aravot-ru.am” saytına istinadən xəbər verir ki, bu fikirləri “Respublika” partiyasının sədri Aram Sarkisyan “A1+” telekanalına müsahibəsində bildirib.
O, əlavə edib ki, Ukrayna ilə müharibədə Rusiyanın özü başqa ölkələrdən silah almağa çalışır.
Aram Sarkisyanın fikrincə, Ermənistan KTMT-dən çıxmalıdır ki, başqa ölkələrdən silah ala bilsin.
44 günlük müharibəyə toxunan Aram Sarkisyan deyib ki, oktyabrın 17-də Nikol Paşinyandan sənəddə anklavların (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi) təhvil verilməsinə və Zəngəzur dəhlizinin ayrılmasına razılığın olması tələb olunub, əks halda Xankəndinə daxil olacaqları ilə hədələyiblər.
“Paşinyan bununla razılaşmayıb. Noyabrın 9-da isə bu sənəd təqdim olunub”, - deyə Aram Sarkisyan bildirib.
Bizim.Media