"Rusiyanın Kabil şəhərindəki səfirliyinə edilən terror hücumunu şiddətlə qınayırıq".
Bizim.Media xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd edilib.
“Rusiya və əfqan xalqlarına başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Kabil şəhərindəki Rusiya səfirliyinə terror hücumu zamanı 2 rusiyalı diplomat və bir neçə Əfqanısatan vətəndaşı həlak olub.
Bizim.Media