“Keçmiş lider, dostum Borus Consona təşəkkür edirəm. Boris, siz Kiyevə dəstəklə bağlı çox böyük işlər görmüsünüz”.
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın yeni Baş naziri Liz Trass deyib.
“Mənə olan inam üçün hər kəsə təşəkkür edirəm. Biz qarşıdakı 2 il ərzində iqtisadiyyatımızı genişləndirmək, enerji təhlükəsizliyinin təmin olunması üçün çalışacağıq. Biz əlimizdən gələni edəcəyik. Böyük uğur qazanacağımıza inanıram. 2024-cü il seçilərində bu uğuru yenidən ortaya qoyacağımıza əminəm”, - deyə baş nazir qeyd edib.
Bizim.Media