"Rusiyanın Əfqanıstandakı səfirliyinin yanında törədilən partlayış terror aktıdır".
Bizim.Media “rbc.ru"ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.
O, ölkəsinin Kabildəki səfirliyin yaxınlığında törədilən terror aktını qətiyyətlə pislədiyini söyləyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Federasiyasının Kabildəki səfirliyinin yaxınlığında kamikadze tərəfindən partlayış törədilib. Nəticədə səfirliyinin iki əməkdaşı həlak olub.
Bizim.Media