Azərbaycan Nobel Mükafatçıları tədbirində təmsil olundu – İLK DƏFƏ

Almaniyanın Lindau şəhərində İqtisadiyyat Elmləri üzrə 7-ci Lindau Nobel Laureatlarının Görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, bu il əlamətdar tədbirdə 20 Nobel Mükafatçısı və dünyanın hər yerindən seçilmiş 330 gənc iqtisadçısı iştirak edib.

Qeyd edək ki, bu görüşlər 1951-ci ildən mütəmadi olaraq keçirilir. Əsas məqsəd Nobel mükafatı laureatlarının gələcək nəsil iqtisadçılarla görüşüb fikir mübadiləsi aparması və öz tədqiqat təcrübələrini bölüşməsi üçün forumun təşkil edilməsindən ibarətdir.

Budəfəki görüşdə Cozef Stiqlitz, Robert Uilson, Pol Milqrom, Rocer Mayerson, Oliver Hart, Ceyms Hekman, Kristofer Sims, Erik Maskin, Robert Aumann, Finn Kidland, Robert Merton, Riçard Taler, Lars Hansen, Kristofer Pissarides, Edmund Felps, Coşua Angrist, Benqt Holmstrom, Daniel MakFadden kimi dünya şöhrətli Nobel mükafatı laureatları olan iqtisadçılar iştirak ediblər.

Sevindirici haldır ki, sözügedən tədbirdə ölkəmizi gənc iqtisadçı Qənirə İbrahimova təmsil edib. Tədbir üçün seçilmiş 330 gənc iqtisadçıdan biri olan Q.İbrahimova yarandığı vaxtdan indiyədək Nobel görüşlərində iştirak edən ilk və yeganə azərbaycanlıdır.

Q.İbrahimova hazırda DAAD təqaüdçüsü, eyni zamanda 2019-cu ildən etibarən Almaniyanın Siegen Universitetinin Sahibkarlıq və ailə biznesi departamentində doktorant və elmi işçidir. Bundan əvvəl o, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində 6 il müəllim kimi fəaliyyət göstərib.

Vurğulanmalıdır ki, nüfuzlu tədbirdə iştirak etmək üçün dünyanın hər yerindən gənc iqtisadçı alimlərdən 10 000-dən çox müraciət daxil olub. Çoxmərhələli və yüksək rəqabətli seçim prosesi nəticəsində bu tədbirdə yalnız 330 namizəd iştirak etmək hüququ qazana bilib.
 

Digər seçilmiş namizədlər kimi, Q.İbrahimova da bu görüşdə iştirak etmək, eləcə də Nobel mükafatçıları qarşısında öz tədqiqatı haqqında təqdimatla çıxış etmək üçün dəvət alıb. Qeyd edək ki, yalnız 30 gənc alimə öz elmi işlərini Nobel mükafatçılarına təqdim etmək üçün imkan verilib. Q.İbrahimovanın Azərbaycanda sahibkarlıq ekosisteminin rolu haqqında məruzəsi həm Nobel mükafatçılarının, həm də gənc iqtisadçıların böyük marağına səbəb olub.
 

Bir həftə davam edən tədbirdə Q.İbrahimova Nobel mükafatçılarının mühazirələrində iştirak edib, onların mikro və makroiqtisadiyyat, oyun nəzəriyyəsi və hərraclar üzrə yeni layihələri ilə tanış olub. Bundan əlavə, Nobel Laureatlarının iştirakı ilə keçirilən panel müzakirələrdə müasir qlobal iqtisadiyyatın aktual məsələləri müzakirə olunub. Panel müzakirələr müasir cəmiyyətdə elm və biznesin məsuliyyəti, tətbiqi mikroiqtisadiyyatda təkamül, iqtisadi sanksiyaların qlobal iqtisadiyyata potensial təsirləri, inflyasiya və onun idarə edilməsi yolları, sosial şəbəkələrin cəmiyyətin inkişafında artan rolu və digər mövzuları əhatə edib.

Tədbir çərçivəsində Nobel Mükafatçıları ilə səmimi ortamda görüşlər, gəzintilər, naharlar, kruizlər, axşam qəbulları və digər birgə ictimai fəaliyyətlər həyata keçirilib.

Nüfuzlu tədbirdə ölkəmizi layiqincə təmsil edən Q.İbrahimova Nobel Mükafatçıları ilə yaxından tanış olub, müxtəlif ölkələrdən olan gənc iqtisadçılarla peşəkar və dostluq əlaqələri yaradıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşanın sədası, Ağ Evin əks-sədası

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

İsti havada rahat yatmağın yolları

İsti havada rahat yatmağın yolları

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Samir Şərifova yeni vəzifə VERİLDİ

Samir Şərifova yeni vəzifə VERİLDİ

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Final təyinatı onu kövrəltdi – Video

Final təyinatı onu kövrəltdi – Video

İsrail parlamenti buraxıldı - VİDEO

İsrail parlamenti buraxıldı - VİDEO

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

End of content

No more pages to load

RADİO