“Azərbaycandan sonra Pakistan və İndoneziya gəlir. Biz istəyirik ki, Teknofest xarici ölkələrdə keçirilsin”.
Bizim.Media Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu "Baykar"ın baş direktoru Haluk Bayraktar deyib.
“Biz inanırıq ki, Türkiyənin milli texnoloji hərəkata baxışı Türkiyənin bütün dost və qardaş ölkələrində öz əksini tapmalı və həyata keçirilməlidir. Azərbaycandan sonra bu ənənəni Pakistan və İndoneziya kimi ölkələrdə davam etdirəcəyimizə ümid edirik”, deyə o, qeyd edib.
Bizim.Media