Məşhur inqilabçı Çe Qevaranın oğlu Kamilo Qevara vəfat edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, Venesuelaya səfəri zamanı insult keçirib.
Qeyd edək ki, Kamilo atasının Aleyda Març ilə nikahından olan dörd uşağından ən böyüyü idi.
Ç.Qevaranın perulu Qadeya ilə əvvəlki evliliyindən isə Hilda adlı bir qızı var.
Bizim.Media