ABŞ ilk dəfə olaraq Türkiyədəki İncirlik hərbi-hava qüvvələrinin bazasından İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.xa0
Moderator.az-ın məlumatına görə, bu barədə “Reuters”x9d agentliyi ABŞ Müdafiə Nazirliyi rəsmisinə istinadən xəbər yayıb.
Qeyd edək ki, bu günlərdə Birləşmiş Ştatlar İncirlik bazasına F 16 qırıcıları göndərmişdi.xa0
Ankara və Vaşinqton arasında Türkiyə ərazisindəki hərbi bazadan İŞİD-ə qarşı istifadə edilməsi ilə bağlı razılıq bu yaxınlarda əldə olunub.xa0