Ötən 12 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.
P.Kulivəndin sözlərinə görə, daşqınlarda 8 nəfər itkin düşüb:
“Daşqınlarda İranın 31 vilayətindən 24-ü zərər çəkib. Hazırda ölkənin 661 bölgəsində yardım əməliyyatları davam edir”, - deyə o, qeyd edib.
Bizim.Media