Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinin yaxşı bitməyəcəyini deyib.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün “Truth Social” şəbəkəsində yazıb.
Ağ Evin keçmiş rəhbəri belə sual verib: "Doğrudanmı dəli Nensi Pelosi Tayvana gedib?”.
“O, həmişə problemlər yaradır. Etdiyi heç bir şey yaxşılıq gətirməyib. İzləyin”, deyə o, fikrini tamamlayıb.
Bizim.Media