Polşa Ukraynaya 8 ədəd “Krab” özüyeriyən haubitsa verəcək.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, iyun ayında Kiyevlə imzalanmış müqavilədə göstərilən sözügedən silahlar Ukraynaya təhvil verilməyə hazırdır.
Bir qrup Ukrayna hərbçisi Polşada “Krab” özüyeriyən silahlarından istifadə və onlara xidmətlə bağlı təlim keçir.
Qeyd edək ki, “Krab” Ukraynaya pulsuz veriləcək.
Bizim.Media