VII çağırış üzrə Qazaxıstan Məclisinin plenar iclasında gizli səsvermə nəticəsində deputat Nurlan Niqmatulin yenidən Qazaxıstan parlamentinin spikeri olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı centralasia.media nəşri yayıb.
Mənbə yazır ki, 100 deputat yekdilliklə onun namizədliyinin lehinə səs verib.
Balayım Kesebayeva və Pavel Kazantsev Məclis sədrinin müavinləri təyin ediliblər.
Seçki prosedurunun keçirilməsi üçün Hesablama Komissiyası formalaşdırılıb. Deputat Muxtar Yerman sədr, Aygül Nurkin katib vəzifəsinə seçiliblər.
Bizim.Media