Ukrayna ordusunun pilotları ABŞ-ın F-15 və F-16 qırıcılarını idarə etmək üçün təlim keçəcəklər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı açıqlama yayıb.
Gələn il baş tutacaq təlimlər üçün büdcə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiq edilib, bunun üçün 100 milyon dollar ayrılacaq.
Qeyd edək ki, dünən ABŞ Müdafiə Nazirliyi Ukraynaya qırıcıların verilməsi ilə bağlı müzakirələr aparıldığını, ancaq bunun yaxın müddətdə baş tutmayacağını bildirib.
Bizim.Media