İranın cənubunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket üzrə baş mühəndisi Səid Tamardar Mutlak öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşr qeyd edir ki, İran hakimiyyəti Mutlakın ölümünü açıqlamayıb. Bu, yalnız dəfn mərasimi ilə bağlı mesajdan sonra məlum olub.
Bununla belə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib ki, “elmimizin qəhrəmanlarının öldürülməsi pərdəarxası terrorçuların məqsədlərinə çatmasına kömək etməyib”.
Bizim.Media