ABŞ Prezidenti Co Bayden Ukraynaya daha 270 milyon dollarlıq hərbi yardım paketinin verilməsinə dair sənədi imzalayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Con Kirbi məlumat verib.
Bildirilib ki, ABŞ Ukraynaya 580 “Phoenix Ghost” hücum və kəşfiyyat aparatları göndərəcək. Eyni zamanda, siyahıya 4 HIMARS raket sistemi (MLRS), 36 min mərmi və tank əleyhinə silahlar aiddir.
Bizim.Media