İranın paytaxtı Tehranda Astana prosesi çərçivəsində Suriya məsələsi üzrə zirvə toplantısı keçirilir.
Bizim.Media xəbər verir ki, zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında münasibətlər və regional məsələlər müzakirə edilib. Putin Ukrayna taxılının ixracına vasitəçilik etdiyinə görə Ərdoğana təşəkkür edib.
Ukrayna ilə danışıqlara toxunan Türkiyə Prezidenti isə vurğulayıb ki, son İstanbul görüşlərində Rusiya nümayəndə heyətinin yanaşmasını çox müsbət hesab edir.
“Buradan alacağımız nəticə bütün dünyaya müsbət təsir edəcək. Şəxsən mən və nümayəndə heyətim adından sizə çox təşəkkür etmək istərdim. Ümid edirəm ki, görüşlərimiz səmərəli olacaq”, - deyə Ərdoğan bildirib.
Bizim.Media