İranda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu ölkənin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, görüşdə tərəflər iki ölkənin silahlı qüvvələrinin hərbi, təhsil və təhlükəsizlik sahəsində əməkdaşlığının zəruriliyini vurğulanıb.
Müdafiə sahəsində əməkdaşlıq sahələrinin araşdırılması, qarşılıqlı fəaliyyət və terrorizmlə mübarizə əsas müzakirə predmetlərindən olub.
Suriyada gərginliyin azaldılması və bölgədə sabit təhlükəsizliyin necə yaradılmasının araşdırılmasına da toxunulub.
Bizim.Media