Mayk Pompeo – “İran yeni Əfqanıstandır”

ABŞ Dövlət Katibi Mayk Pompeo İran rejiminin ölkəni Əl-Qaidənin qərargahına çevirməkdə günahlandırıb və İranda təşkilat liderlərinə tətbiq olunacaq sanksiyalar barəsində xəbərdarlıq edib.

ABŞ naziri bu fikirləri Vaşinqtondakı Milli Mətbuat Klubunda çıxışı zamanı dilə gətirib. Terror təşkilatı Əl-Qaidənin əllərinin digər terror təşkilatlarından daha çox Amerikalıların qanına bulaşdığını söyləyən Pompeo, İran rejiminin Əl-Qaidəyə yeni əməliyyatlar üçün baza təmin etdiyini də bildirib.

Pompeo, İranın Əl-Qaidə üçün yeni və əsas qərargah olduğunu, çünki Tehranın ABŞ-a və müttəfiqlərinə hücum etməyi planlaşdıran təşkilatın yüksək səviyyəli liderləri üçün etibarlı bir sığınacaq təmin etdiyini söyləyib.

ABŞ Maliyyə Nazirliyinin 2016-cı ildə İranda yaşayan Əl-Qaidənin 3 yüksək səviyyəli liderinə qarşı sanksiya tətbiq etdiyini xatırladan Pompeo, İran rəsmilərinin 11 sentyabr 2001-ci ildə terror hücumları zamanı da Əl-Qaidə üzvlərinin İran ərazisindən istifadə etdiklərini də qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

"İranı dayandırmaq üçün biz bütün sanksiyalardan istifadə edəcəyik" - Pompeo


Əl-Qaidə ilə İran arasındakı əlaqələrin təxminən 30 ildir davam etdiyini söyləyən dövlət katibi, Əl-Qaidə üzvlərinin 90-cı illərin əvvəllərindən etibarən partlayıcı maddələr üzrə təlim almaq üçün İrana və Hizbullahın Livandakı bazası olan Bekaa Vadisinə getdiyini əlavə edib.

Diqqət çəkən məqam isə İran-Əl-Qaidə cütlüyünün "ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükə yaratdığını" vurğulayan Pompeonun öz çıxışında "Biz onlara qarşı hərəkət edirik" ifadəsindən istifadə etməsi olub. Lakin o, ABŞ rəhbərliyinin bununla bağlı nə edəcəyinə aydınlıq gətirməyib.

Analitiklərin fikrincə, Pompeonun çıxışı ABŞ-la İran arasındakı gərginliyin pik həddə olmasından xəbər verir.

Xüsusilə İranın nüvə fəaliyyətlərini gücləndirdiyi bir vaxtda ABŞ-ın İranı terror fəaliyyətində ittiham etməsi gərginliyi daha da artmasına səbəb olacaqdır. İran uranın saflaşdırılmasını 20%-ə çıxarmaqla ABŞ-ın qırmızı xəttlərini çoxdan keçib. 

Tramp administrasiyasının 20 yanvarda Co Baydenin səlahiyyətlərinin icrasına başlayacağı vaxta qədər İran məsələsi ilə bağlı ciddi addımlar atmaq istədiyi nəzərə çarpır. Bir neçə gün əvvəl Tramp Yəməndə İran tərəfdən dəstəklənən Husi yaraqlılarının terror quruplaşması kimi tanıyacağını qeyd etmişdi. Tramp öz hakimiyyəti illərində İranla bağlı problemin tam olaraq həll olunmasına nail olmadı.

Son günlərdə Ağ ev rəhbərliyinin əsas fəaliyyəti Co Baydenin İrana qarşı sərgiləyəcəyi mövqeyə təsir göstərməkdən ibarətdir. 

Pompeonun sərt ritorikası ABŞ və İran arasındakı münasibətləri gərginləşdirməyə xidmət edir. Bu da öz növbəsində Co Bayden-in İranla dialoq istiqamətində verdiyi mesajları yerinə yetirməsini çətinləşdirən və onu daha çox radikal addımlar atamağa vadar edəcək amildir.

İstənilən halda qarşıdakı illər ABŞ üçün İran probleminin yekun həlli istiqamətində atılacaq addımlarla yadda qalacaq.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO