Ukrayna prezidenti Volodimir Zelenski İvan Bakanovu Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad etdikdən sonra onun yerinə müvəqqəti olaraq Vasili Malyuku təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri müvafiq fərmana istinadən yayıb.
"Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin birinci müavini Malyuk Vasili Vasilyeviç müvəqqəti olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra etsin", - Zelenskinin sərəncamında deyilir.

Bizim.Media