Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 92 milyon 778 min 786 nəfərə çatıb.
Bizim.Media Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 986 min 900 nəfərdir. İndiyədək 66 milyon 294 min 162 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən sutka ərzində 347 925 nəfər koronavirusa yoluxub, 5281 nəfər isə dünyasını dəyişib.
Bizim.Media