“Ukraynada vəziyyət gərginləşərsə, Çin sakit oturmayacaq”.
Bizim.Media Çin hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu fikirləri Çinin xarici işlər naziri Vanq Yi macar həmkarı Peter Siyarto ilə söhbətində deyib.
"Ölkəmiz Ukraynadakı münaqişəyə cəlb edilən dövlətlərə aid deyil, lakin biz arxada oturub baş verənləri kənardan passiv müşahidə etmək niyyətində deyilik", - Vanq Yi bildirib.
Bununla belə, çinli nazir bunların hərbi tədbirlər olmayacağını açıqlayıb. Onun sözlərinə görə, Pekin "odun üzərinə yağ tökmək" niyyətində deyil və "sülh danışıqlarını israrla təşviq edəcək".
Nazirin fikrincə, dünya birliyinin əlaqələndirilmiş səyləri ilə “Avropada təhlükəsizliyin təmin edilməsi üçün effektiv və sabit mexanizm” yaratmaq lazımdır.
Bizim.Media