İsrailin Suriyaya hava hücumu nəticəsində 40 nəfərin öldüyü bildirilib.
Bizim.Media xəbər verir ki, bu haqda “İHA” informasiya agentliyi məlumat verib.
İsrail Suriyanın İraq sərhəddinə yaxın Deyrizor və Elbu Kemal ərazisinə 30 hava hücumu edib. Suriya İnsan Haqlarının məlumatına görə, 9 suriyalı və 31 xarici vətandaş ölüb.
Hücum Əsəd rejimi və İranı dəstəkləyən qruplara qarşı olub.
Bizim.Media