Yaponiya höküməti ölkəyə xarici vətəndaşların girişini qadağan edib.
Bizim.Media xəbər verir ki, bu haqda Yaponiyanın “NHK” televiziyası məlumat yayıb.
Bildirilib ki, hökumət Yaponiyada koronavirusla bağlı yoluxma sayının kəskin artması və ölüm hallarının çoxalmasının qarşısını almaq üçün bu addımı atıb.
Açıqlamada heç bir halda, heç kimin ölkəyə daxil olmasına icazə verilməyəcəyi vurğulanıb.
Qeyd edək ki, Baş nazir Suqa Yoşihide keçən həftə ölkəyə bütün giriş-çıxışları bağlayacağını demişdi.
Vüqar Ağamalıoğlu, Bizim.Media