İnvestor Stefan Tomas 220 milyon dollarlıq “Bitcoin”ı olan onlayn pulqabısının şifərsini unudub.
Bizim.Media “HYPEBEAST”ə istinadən xəbər verir ki, sərmayəçi elektron pulqabına daxil olmaq üçün şifrəni bir neçə dəfə səhf yığaraq pullarını riskə atıb.
İndi onun düzgün kodu yazmaq üçün yalnız 2 şansı qalıb. Əgər bu dəfə də səhvə yol versə bütün pulunu itirəcək.
Qeyd edək ki, bu günə qədər şifrənin unudulması səbəbindən itirilən “Bitcoin”lərin dəyəri 140 milyard dollardır.
Vüqar Ağamalıoğlu, Bizim.Media