"Xarkov şəhərinin Rusiya qoşunlarına təslim edilməsi ilə bağlı xəbərlər yalandır".
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç bildirib.
"Hörmətli xarkovlular, ölkə rəhbərliyi Xarkovu təslim etməyib və bunu etmək niyyətində də deyil. Bu, cəfəngiyyatdır.
Heç kim sizə xəyanət etməyib. Kiyev üçün etdiyimiz kimi, bəlkə də daha yaxşı formada Xarkov üçün mübarizə aparacağıq. Xarkov qəhrəman şəhərdir”, - deyə A.Aretoviç bildirib.
Bizim.Media