Rusiya müxalifətinin lideri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı Rusiyaya qayıdır.
Bizim.Media xəbər verir ki, bu barədə A. Navalnı “Twitter”də paylaşım edib.
“Mənim qarşımda heç vaxt qayıdıb-qayıdmamaq məsələsi olmayıb. Çünki mən heç vaxt getməmişəm. Mən Almaniyaya reanimasiya qutusunda gəlmişəm. Yanvarın 17-də “Qələbə” reysi ilə evə geri dönəcəyəm. Görüşərik!”, - deyə o, qeyd edib.
Bizim.Media