Yeni Zelandiyada ilk dəfə meymunçiçəyi virusu aşkarlanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Virus aşkarlanan şəxs Oklend şəhərində yaşayan 30 yaşlı şəxsdir.
Xarici səfərdən yeni qayıdan bu şəxsin təcrid olunduğu bildirilib.
Bizim.Media