“YouTube” videoservisi ABŞ-ın hazırkı prezidenti Donald Trampın akkauntunu bir həftəlik müddətə məhdudlaşdıracaq.
Bizim.Media “CNN”-ə istinadla xəbər verir ki, video kontentdən məlumat yayıb.
Məlumata görə, Trampın hesabının dondurulması 7 gündən də çox müddəti əhatə edə bilər.
Səbəb kimi ABŞ prezidentinin bu yaxınlarda youtubda paylaşdığı videonun özbaşınalıq və zorakılığa təşviq kimi göstərilməsidir. Qərarın dəyişdirilməsi və ya müddətinin uzadılmasına gələn həftə baxılacaq.
Bizim.Media