Bu gün Təbrizin Əndişə şəhərciyində yerləşən yaşayış binasında dəhşətli partlayış baş verib.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə Təbrizin Yanğından Mühafizə İdarəsindən məlumat verilib.
Beş evin dağılması ilə nəticələnən dəhşətli partlayışda 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Təbrizin Yanğından Mühafizə İdarəsinin rəsmisi Davud Huşəngin dediyinə görə, qaz sızması nəticəsində meydana gələn partlayışda 4 mərtəbəli yaşayış binası ciddi zərər görüb.
Bizim.Media