Britaniyanın Tehrandakı səfirinin müavini və bir neçə digər diplomat saxlanılıb.
Bizim.Media İRNA-ya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Təhlükəsizlik Xidməti sözügedın diplomatların casusluq etdiyini açıqlayıb:
"Bu diplomatlar casusluq edib, SEPAH-ın raket sınaqları həyata keçirdiyi qadağan olunmuş ərazidə torpaq nümunləri toplayıblar."
Saxlanılanlar arasında Avstriyanın İrandakı mədəni məsələlər üzrə attaşesinin əri və İranda turist kimi səfərdə olan Polşa vətəndaşı, universitet professoru Maçiek Valzak adlı şəxs də var.
Bizim.Media