“Açığı deyim ki, çətin şəraitdə baş nazirin işi ona verilən mandat əsasında öz vəzifələrini yerinə yetirməkdir. Mən də belə edəcəm”.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Baş naziri Boris Conson deputatların suallarını cavablandırarkən səsləndirib.
Mühafizəkar partiyasının deputatı Tim Lafton Boris Consondan hansı hallarda istefa verəcəyini soruşub.
Boris Conson vəzifələrini yerinə yetirməkdə davam edə bilməyəcəyi təqdirdə istefa verəcəyini bildirib:
“Yaxud Ukrayna xalqını dəstəkləyə bilməyəcəyimizi hiss etsəm, o zaman istefa verərdim”.
Bizim.Media