Buşehr şəhərinin başçısı İranın dövlət qurumlarında qadın və kişilər arasında ayrı-seçkilik yaradacaq əsassız və gülməli fikirlər irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
Onun sözlərinə görə, bütün icra orqanlarında kişilər və qadınlar üçün ayrıca otaqlar olmalıdır:
“Heç bir xanım işçi Buşehr şəhərinin İnzibati Şurasının iclaslarına çadrasız qatıla bilməz. And olsun ki, buna əməl etməyən hər bir vəzifəli şəxs işdən azad ediləcək".
Bizim.Media