İngiltərə və Uelsin baş prokurorunun müavini Aleks Çak Böyük Britaniyanın baş naziri Boris Consonla bağlı bir sıra qalmaqallar fonunda istefa verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə A.Çakın açıqlamasında deyilib.
O, qərarının koronavirus pandemiyasının qızğın çağında B.Consonun iqamətgahında keçirilən gəcə şənliklərilə bağlı qalmaqal, habelə hakim Mühafizəkarlar Partiyasından olan keçmiş deputat Ouen Paterson ətrafındakı vəziyyətlə bağlı olduğunu açıq şəkildə qeyd edib.
O.Paterson lobbiçilik sahəsində parlament qaydalarını pozduğuna görə ötən ilin sonunda istefa verib.
Xatırladaq ki, dünən Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.
Bizim.Media