Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, parlamentdə çıxış edən Baş nazir mövcud vəziyyətin həllində Türkiyənin rolunun mühüm olduğunu deyib.
"Britaniya minalardan təmizləmə imkanları, eləcə də taxıl ixracında gəmilər üçün sığorta imkanları təklif edirik", - B.Conson vurğulayıb.
Onun sözlərinə görə, Bosfor boğazından istifadə etmək mümkün deyilsə, Ukraynadan taxıl ixracının alternativ yollarını araşdırmaq lazımdır.
Bizim.Media