ABŞ Rusiyaya yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasiminə dəvət göndərib.
Bizim.Media xəbər verir ki, tədbir 20 Yanvarda Vaşinqtondakı Kapitolidə baş tutacaq.
TASS xəbər verir ki, bu barədə ABŞ-ın Rusiya səfirliyindən bildirilib.
Agentlik qeyd edir ki, Moskvanı Vaşinqtonda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov təmsil edəcək.
Mərasimə ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bill Klintonun həyat yoldaşları ilə qatılacağı və Baydenin andiçmə şüarının “Birləşmiş Amerika” olacağı məlumdur.
Bu mövzu ABŞ-ın seçilmiş prezidenti və vitse-prezidenti Kamala Harrisin ölkənin birləşdirilməsinə bağlılığını əks etdirir.
Bizim.Media