“Bazar günü, iyunun 26-da səhər saatlarında Kiyevin atəşə tutulması ruslar tərəfindən Xəzər dənizi regionunda olan təyyarələrdən həyata keçirilib”.
Bizim.Media xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının spikeri Yuri İqnat bildirib.
Onun sözlərinə görə, bu gün Kiyev vilayətinə Tu-95 və Tu-160 strateji bombardmançı təyyarələr hücum edib. Hər iki qırıcı Həştərxandan havaya qalxıb və Xəzər dənizi regionundan atəş açıb.
“Həmin qırıcılardan atılan “X101” raketləri 5,5 min km-dək uça bilir. Yəni, bombardmançıların Ukraynaya uçmasına qətiyyən ehtiyac yoxdur, sadəcə havaya qalxaraq döyüş kursuna girirlər və raket atırlar”, deyə o, qeyd edib.
Bizim.Media