"YouTube" Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) müraciətindən sonra 15 milyondan çox auditoriyaya malik 500-ə yaxın kanalı bloklayıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, sözügedən kanallar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini təbliğ edirmiş.
SBU-nun tələbi ilə 1529 "Telegram" kanalı və botu, "Instagram"da 426, "Facebook"da 93, "TikTok"da 1050 hesab da bloklanıb.
Bizim.Media