Bu gün Belarus ərazisindən Ukraynaya ilk aviazərbə endirilib.
Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu, Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Rusiya Federasiyasının genişmiqyaslı təxribatıdır:
“Bugünkü atəşlər Kreml hakimiyyətinin birbaşa iştirakçı kimi Belarusu Ukraynadakı müharibəyə cəlb etmək cəhdləri ilə bağlıdır”.
Bizim.Media