18 yaşlı Helena Duk anası Terezanı Kapitoliyə hücum edən kadrlardan birində tanıyıb.
Bizim.Media "The New York Post"a istinadən xəbər verir ki, onun Twitter-də yayılan video görüntülərində Vaşinqtonda baş verən iğtişaşlar zamanı polis qadınla döyüşdüyü məlum olub.
"Salam ana, etirazlara getməməyimin lazım olduğunu söylədiyini xatırlayırsan, çünki onlar təcavüzkar ola bilər... Bəs bu nədir?", - Helena Duke videonun altındakı şərhdə yazıb.
Bir az sonra yeniyetmə yeni bir yazı yayımlayıb, anasının videodakı bir qadınla fotosunu müqayisə edib və abunəçilərə bildirib ki, Tereza “xalamı həkimə aparacam” bəhanəsi ilə üç gün şəhərdən ayrılacağını bildirib və bu iğtişaşçılara qoşulub.
Qız əvvəllər Black Lives Matter etirazlarında iştirak etdiyinə görə onu evdən qovan anasından belə qisas alıb, üstəlik onun davranışını ikiüzlülük adlandırıb.
Bizim.Media
