İŞİD terror qruplaşması Mosul şəhərində tətbiq etdiyi qadağalara daha biri əlavə edilib.
anspress-in məlumatına görə, İŞİD silahlıları təxminən bir ildir nəzarətdə saxladıqları İraqın Mosul şəhərində saqqal kəsilməsini qadağan edib. Bu barədə Frans Press xəbər agentliyi yayıb.
Xəbərdə bildirilir ki, qadağa dünəndən etibarən qüvvəyə minib. İŞİD-çilər şəhər əhalisinə saqqal kəsdirməyin günah olduğunu və təraş olunanların cəzalanacağını göstərən broşürlar paylayıb.
Cildində problemlər olanlar saqqal saxlaya bilmədikləri barədə İŞİD-in polislərinə xəbər versələr də onların bu şikayətlərinə baxılmayıb və qadağanın hamı üçün vacib olduğu vurğulanıb.
Qeyd edək ki, İŞİD-çilərin bundan əvvəl şəhərdə tətbiq etdiyi qaydaya əsasən namaz vaxtları dükanlar bağlanmalı idi.