Rusiyada YANACAQ BÖHRANI - Artıq təyyarələr üçün də benzin tapılmır

Rusiyada avtomobil yanacağından sonra kiçik aviasiya sahəsində də ciddi kerosin və aviasiya benzini qıtlığı baş qaldırıb. Problemin dərinləşməsi fonunda "An-2" Operatorları Assosiasiyası hökumətə müraciət edərək aviasiya yanacağının qiymətlərinə dövlət tənzimlənməsinin tətbiq olunmasını təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb.

Assosiasiya prezidenti Vladimir Antonov bildirib ki, sərnişin aviaşirkətlərinin ümumi xərclərinin artıq üçdə birindən çoxu yanacağın payına düşür, kiçik aviasiyada isə bu göstərici daha yüksəkdir. Nəticədə daşımaların iqtisadi səmərəliliyi kəskin pisləşir, xidmətlərə tələbat və sərnişin axını azalır.
 

Assosiasiyanın Nəqliyyat Nazirliyinə ünvanladığı məktubda xüsusilə aviasiya benzini ilə bağlı vəziyyətin kritik olduğu, qiymət artımı səbəbindən bazar iştirakçılarının keyfiyyətsiz avtomobil yanacağından istifadə etmək məcburiyyətində qaldığı vurğulanır.


"LaytEyr" aviaşirkətinin baş direktoru Dmitri Toropovun sözlərinə görə, iri hava limanlarından hazırda yalnız Ufa və Volqoqradda aviasiya benzini tapmaq mümkündür. Digər əksər hava limanlarında isə kiçik təyyarələr yanacağı özləri ilə xüsusi çənlərdə daşıyır və ya özəl aeroklubların imkanlarından yararlanırlar. Ekspertlər xəbərdarlıq edir ki, yaxın bir ay ərzində bu problem daha da kəskinləşəcək.

Böhranın səbəbi: Ukrayna PUA-larının zərbələri və dayanmış neftayırma zavodları

"Reuters" agentliyinin sahə üzrə mənbələrə istinadən verdiyi məlumata görə, cari ilin iyun ayında Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın neftayırma zavodlarına (NAZ) təşkil etdiyi mütəmadi hücumlar nəticəsində ölkədə benzin istehsalı ötən illə müqayisədə 25% azalıb.

Xüsusilə Rusiyanın mərkəzi hissəsində yerləşən və ölkə üzrə ümumi benzin istehsalının 30%-dən, dizel yanacağının isə 25%-dən çoxunu təmin edən Kirişi, Moskva, Nijni Novqorod, Ryazan və Yaroslavldakı iri neftayırma zavodlarına endirilən zərbələrdən sonra neft emalı demək olar ki, tamamilə dayanıb.
 

Rusiya hökuməti yaranmış kəskin qıtlığı kompensasiya etmək üçün Belarusdan tədarükü artırmaq, dəniz yolu ilə idxala başlamaq və yanacaq keyfiyyəti standartlarını "Avro-3" səviyyəsinə qədər endirmək barədə qərar qəbul edib.


Xatırladaq ki, daxili bazarda sabitliyi qorumaq məqsədilə Rusiya hökuməti martın sonundan avtomobil benzininin, iyunun əvvəlindən isə noyabrın 30-dək aviasiya kerosininin ölkədən ixracına tam qadağa qoyub. Buna baxmayaraq, artıq iri sərnişin aviaşirkətləri də marşrutun dəyişməsi və ya hava şəraiti üçün nəzərdə tutulan əlavə ehtiyat yanacağı almaqda çətinliklərlə üzləşirlər ki, bu da defisitin ilk ciddi siqnalları hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

End of content

No more pages to load

RADİO