“Ukrayna Rusiya ilə danışıqları avqustun sonunda bərpa edə bilər”.
Bizim.Media “The İnsider”ə istinadən xəbər verir ki, bu sözləri “Voice of America” radiosuna Ukrayna tərəfdən danışıqlar qrupunun rəhbəri David Araxamiya deyib.
“Danışıqlara avqustun sonuna qayıda bilərik. Planlarımızı ruslarla bölüşmək istəmirik, çünki onlar bunu açıq mənbələrdə görə bilərlər. Amma düşünürəm ki, biz bəzi yerlərdə əks-hücum əməliyyatı keçirəcəyik”, - deyə Araxamiya bildirib.
Bizim.Media