Twitter İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin ABŞ və Britaniya istehsalı olan koronavirus vaksinlərinin etibarsız olduğu haqqında 5 dildə yayımladığı paylaşımını silib.
Bizim.Media "İHA"ya istinadən xəbər verir ki, Xameneinin tviti ərəb, ingilis, fransız, rus və ispan dillərində paylaşılıb və paylaşım qaydalarına uyğun olmayan yazı kimi əsas gətirilərək silinib.
Xatırladaq ki, bir neçə gün öncə İrana ABŞ tərəfindən bağışlanmaq üçün 150 min Pfizer koronavirus peyvənd təklifi rədd edilib.
Vüqar Ağamalıoğlu, Bizim.Media