“36-sı yüksək, 6-sı orta gəlirli olmaqla 42 ölkədə "COVID-19"a qarşı peyvəndlənməyə başlanılıb”.
Bizim.Media xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus videokonfrans formatında keçirdiyi mətbuat konfransında deyib.
O qeyd eddib ki, aşağı və orta gəlirli ölkələrin əksəriyyətinin peyvənd almadığına dair açıq problem mövcuddur:
“Bu, həll edə biləcəyimiz bir problemdir. Bu məsələni "COVAX" və "ACT-Accelerato"r vasitəsilə birlikdə həll etməliyik”.
Konfransda koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin Çinə girişinin yubanmasına da toxunub. Bu istiqamətdə danışıqlar davam edir.
Bizim.Media