Çində 9 milyondan çox insan koronavirus peyvəndi alıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Mənbə bildirir ki, bunlar əhalinin əsas qruplarıdır: tibb, nəqliyyat və gömrük işçiləri, yük daşıyanlar, habelə iş və ya təhsil almaq üçün ölkəni təcili tərk etmək istəyənlər, şiddətli xəstəlik riski yüksək olanlar.
Bütün Çin vətəndaşları üçün aşılama pulsuzdur. Seçmək üçün iki peyvənd təklif edilir.
Hərbçilərin istifadəsi üçün ayrıca peyvənd təsdiq edilib.
15 fevrala qədər səlahiyyətlilər 50 milyon insanı peyvənd etməyi planlaşdırırlar.
Bizim.Media