Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdul Əziz Al Səuda koronavirusa qarşı vaksin vurulub.
Bizim.Media Səudiyyə mətbuatına istinadla xəbər verir ki, peyvəndləmədən sonra kralın səhhəti barədə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Salman bin Abdul Əziz Al Səudun 85 yaşı var.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında vaksinləməyə dekabrın ortalarından başlanılıb. Ölkə “Pfizer/BioNTech” istehsalı olan peyvəndləri seçib.
Bizim.Media