Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 3 YPG (PKK terror təşkilatının Suriya qolu) terrorçusunu zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Zərərsizləşdirilmiş terrorçular Türkiyə Silahlı Qüvvələrinin "Barış pınarı" antiterror əməliyyatı zonasına silahlı hücum hazırlayırmışlar.
Bildirilir ki, əməliyyat artilleriya atəşi dəstəyi ilə həyata keçirilib.
Bizim.Media